Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2029-cu ilə qədər başlaya biləcəyini irəli sürən açıqlamasına münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN sözçüsü almaniyalı nazirin açıqlamasında təcavüzakarın məlum olduğunu söyləyib.
"İndi təcavüzkarın kim olduğuna şübhə yoxdur", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ilə Rusiya arasında müharibəni 2029-cu ilə qədər başlaya biləcəyini açıqlayıb. Onun sözlərinə görə, əvvəlcə silahlı münaqişənin 2029-cu ildə başlaması gözlənilirdi, lakin indi bəzi hərbi ekspertlər bunun 2028-ci ildə baş verə biləcəyinə inanırlar.
"Bəzi hərbi tarixçilər hətta inanırlar ki, bu sülh içində keçirdiyimiz sonuncu yay olub”, - bunu Pistorius "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.