Paşha Bank
Bank Of Baku

Mirzoyan Ermənistanın KTMT-dən niyə rəsmən çıxmadığına aydınlıq gətirib

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan

© APA | Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan

# 05 noyabr 2026 17:37 (UTC +04:00)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək üçün imkan görmür.

"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz təşkilatdakı fəaliyyətimizi çoxdan dondurmuşuq, lakin onun fəaliyyətinə mane olmuruq. Eyni zamanda, KTMT çərçivəsində fəaliyyətə qayıtmaq perspektivi görmürük”, – Mirzoyan qeyd edib.

Mirzoyan, həmçinin, KTMT Nizamnaməsində üzv ölkənin təşkilatın fəaliyyətindən kənarlaşdırılması mexanizminin olmadığını xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR