Bank Of Baku

Moldova MDB-dən çıxmaqla bağlı prosedurları yekunlaşdırır

Moldova MDB-dən çıxmaqla bağlı prosedurları yekunlaşdırır
# 02 aprel 2026 18:12 (UTC +04:00)

Moldova parlamenti yekun oxunuşda Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə sazişin və Birliyin Nizamnaməsinin denonsasiyası ilə bağlı qanun layihələrini qəbul edib.

Bu barədə “Moldpres” məlumat yayıb.

Məlumata görə, qanun layihələri parlament tərəfindən təsdiqləndikdən sonra Moldova Prezidenti onları imzalayacaq və Xarici İşlər Nazirliyi MDB İcraiyyə Komitəsinə göndərəcək.

Beləliklə, Vyana Konvensiyasına əsasən, MDB-dən çıxmaq 12 ay ərzində yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR