"Rusiyaya qarşı müharibəyə hazırlıq barədə hər gün danışan Avropa Rusiya Federasiyasına hücum etsəydi, bu, tamamilə fərqli bir müharibə olardı və çox qısa çəkərdi".
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Yekaterinburqda keçirilən Dünya Gənclər Festivalında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib.
Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını söyləyən Lavrov, Avropa paytaxtlarının və Avropa İttifaqı qurumlarının bu "xəbərdarlığa" əməl edəcəyinə ümid etdiyini bildirib.