Bank Of Baku

Moskva, İnquşetiya və Çeçenistanda çox sayda silah-sursat müsadirə edilib

Moskva, İnquşetiya və Çeçenistanda çox sayda silah-sursat müsadirə edilib
# 30 dekabr 2025 13:27 (UTC +04:00)

Moskva, İnquşetiya və Çeçenistanda "Batal-Hacı Belxoroyev cərəyanının ardıcılları" təşkilatının üzvləri saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dəstə üzvlərindən çox sayda silah-sursat və partlayıcı maddə müsadirə edilib.

Qeyd edək ki, Batal-Hacı Belxoroyev təriqəti 1870-ci illərdə İnquş din xadimi Batal-Hacı Belxoroyev tərəfindən təsis edilib. "Batal-Hacı Belxoroyev cərəyanın ardıcılları" təşkilatı Rusiyada terror təşkilatı kimi tanınıb və qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR