Bank Of Baku

Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib

Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
# 18 sentyabr 2026 15:37 (UTC +04:00)

Moskva Kyuşu adasında Amerika “Typhon” raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva etiraz notasında raket sistemlərinin Yaponiya ərazisindən çıxarılmasını tələb edib.

Sənəddə Yaponiyanın orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş “Typhon” raket sistemlərinin hər hansı bir bəhanə ilə öz ərazisində yerləşdirilməsinin yolverilməzliyi vurğulanıb.

Həmçinin, Yaponiya rəhbərliyinin İkinci Dünya müharibəsinin nəticələrini, o cümlədən cənubi Kuril adaları ilə bağlı ərazi aspektlərini tanımasının vacibliyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR