Moskva məhkəməsi bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi olaraq həbs edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya hakimiyyəti Yuri Dudun əmlakını dövlətin xeyrinə müsadirə etməyi də planlaşdırır.
SHOT-un təhlükəsizlik rəsmilərinə istinadən verdiyi məlumata görə, sözügedən əmlak Moskvada bir mənzil və Moskva vilayətində bir evdir.
Qeyd edək ki, Dud Rusiya Federasiyasının xarici agentlər, terrorçular və ekstremistlər reyestrinə daxil edilib.