Bank Of Baku

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb - VİDEO

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb - VİDEO
# 15 mart 2026 13:53 (UTC +04:00)

Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR