Bank Of Baku

Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib

Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
# 21 iyun 2026 21:27 (UTC +04:00)

Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR