Bank Of Baku

Moskvada leysan yağışlar subasmalara səbəb olub - VİDEO

Moskvada leysan yağışlar subasmalara səbəb olub - VİDEO
# 18 may 2026 10:43 (UTC +04:00)

Moskvada iki gün davam edən leysan yağışlar subasmalara səbəb olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, 17-18 may tarixlərində Moskvada iki gün davam edən leysan yağışlar nəticəsində şəhərin müəyyən ərazilərini su basıb.

Sinoptiklərin məlumatına görə, tarixi maksimum qeydə alınıb. Belə ki, göstərici 1904-cü ildə qeydə alınan səviyyəni keçib. VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzi) stansiyasına aylıq orta göstəricinin yarısından çoxu - 34 mm yağıntı düşüb.

Digər ərazilərdəki sakinlər də intensiv yağış səbəbindən problemlərlə üzləşiblər. Moskva vilayətinin Dolqoprudnıy şəhərində 25 mm, Nemçinovka və Novo-Yerusəlimdə isə 19 mm yağıntı qeydə alınıb.

Şəhər infrastrukturu həddindən artıq yüklənmə ilə işləyib.

Moskvada "Botaniçeskiy Sad" adlanan ərazinin yaxınlığında avtomobillər su altında qalıb.

Qeyd edək ki, bu ilin mart-aprel aylarında Dağıstanda güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri təxminən 8000 evə ziyan vurub. Leysan yağışlar Çeçenistanda da ciddi problemlər yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR