Bank Of Baku

Moskvada mobil internet söndürülüb

Moskvada mobil internet söndürülüb
# 27 oktyabr 2026 12:31 (UTC +04:00)

Moskvada mobil internet söndürülüb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya-Afrika sammiti ilə əlaqədar Üçüncü Nəqliyyat Dairəvi yolu çərçivəsində Moskvada mobil internet söndürülüb.

Məhdudiyyətlərın oktyabrın 27-dən 29-dək tətbiq olunacağı bildirilib.

Mobil internetin söndürüldüyü ərazidə ancaq "ağ siyahı"ya alınmış saytlar fəaliyyət göstərir. "Ağ siyahı"ya dövlət orqanlarının saytı, dövlət informasiya agentlikləri, eləcə də federal media orqanlarının internet resursları və digər həyati əhəmiyyətli saytlar daxildir.

Qeyd edək ki, oktyabrın 28-29-da Moskvada üçüncü Rusiya-Afrika sammiti keçiriləcək. Sammitdə 50 Afrika ölkəsindən dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR