Bank Of Baku

Narışkin: NATO Rusiya ilə müharibəyə hazırlaşır

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

© APA | Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

# 21 oktyabr 2025 11:42 (UTC +04:00)

NATO Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

O, Şimal Alyansını Rusiya ilə müharibəyə hazırlaşmaqda ittiham edib:

"Biz, şübhəsiz ki, NATO-nun Avropa üzrə müttəfiqlərinin ölkəmizlə müharibəyə hazırlaşdığını görürük. Bu məqsədlə, NATO qarşısında “alyansın çevik reaksiya qüvvələrini bütün zəruri silah və resurslarla mümkün qədər tez təmin etmək” vəzifəsi durur".

Narışkin bəyan edib ki, Avropanın hərbi-sənaye kompleksi “istehsalın çoxşaxəli artırılması rejiminə keçirilir” və Avropa ölkələrinin sakinləri “Moskvanın guya qaçılmaz hücumu barədə sistemli şəkildə təbliğata məruz qalırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR