Nebenzya: Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya

© APA | Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya

# 02 iyul 2024 13:11 (UTC +04:00)

“Zaman keçdikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir”.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh planını da ciddi tənqid edib və sonuncunu realist olmağa çağırıb. Daimi nümayəndə getdikcə vəziyyətin daha da gərginləşəcəyini ehtimal etdiyini də söyləyib.

V. Nebenzya bildirib ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə İstanbul görüşü zamanı başa çata bilərdi, amma Ukrayna bu imkandan istifadə etməyib.

Diplomat ABŞ-nin 45-ci Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə dediklərini də absurd adlandırıb.

Qeyd edək ki, Donald Tramp Co Baydenlə debat zamanı Ukraynada müharibənin başa çatması üçün real imkanın 2022-ci ildə yarandığını, lakin tərəflərin bu şansdan istifadə etmədiyini bildirib. Onun sözlərinə görə, yenidən prezident seçilərsə, münaqişəni 24 saat ərzində həll edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR