Bank Of Baku

Nikol Paşinyan Polşaya səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 25 fevral 2026 11:51 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Facebook”da bildirib.

Səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri media nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Baş nazir Prezident Karol Navrotski və Senatın sədri Malgorzata Kidava Blonska ilə görüşəcək.

Nikol Paşinyan həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək və orada Polşa beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR