Bank Of Baku

Novorossiysk Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb

Novorossiysk Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb
# 14 noyabr 2025 08:57 (UTC +04:00)

Rusiyanın Novorossiysk şəhəri Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.

Məlumata görə, vurulan dronların qalıqları üç çoxmənzilli binaya düşərək şüşələri sındırıb. Bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, son üç saat ərzində Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarına intensiv PUA hücumları həyata keçirir. Novorossiyskdə hava hücumu siqnalları verilib, hava hücumundan müdafiə sistemləri hədəfləri vurur. Anapa və Tuapse rayonlarında da təhlükə elan edilib.

Novorossiyskdakı "Şesxaris" neft terminalında sahil infrastrukturu zədələnib. İlkin məlumata görə, burada xəsarət alan olmayıb.

Krasnodar və Gelincik hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb, uçuşlar həyata keçirilmir.

Kabardinka-Nororossiysk istiqamətində avtomobil hərəkəti tam bağlanıb. Şəhər rəhbərliyi bununla bağlı məlumat yayıb.

Yaşayış binalarından birində 15-ci mərtəbədə yerləşən mənzil zədələnib, bir neçə mənzildə isə pəncərələr sınıb. Dron qalıqları limanda yerləşən mülki gəmilərdən birinə də dəyib. Nəticədə gəminin üç heyət üzvü xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR