Bank Of Baku

Overçuk: 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək üçün qeydiyyata alınıb

Overçuk: 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək üçün qeydiyyata alınıb
# 02 mart 2026 21:56 (UTC +04:00)

Rusiya baş nazirinin müavini Aleksey Overçuk göstərdiyi mehriban münasibətə və rusiyalıların sərhədi keçməsindəki səylərinə görə Azərbaycana təşəkkür edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Overçuk Rusiya vətəndaşlarından ibarət birinci qrupun artıq Azərbaycan-İran sərhədini keçdiyini söyləyib.

"50-yə yaxın Rusiya vətəndaşı artıq Azərbaycan ərazisindədir. Ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana keçmək üçün qeydiyyatdan keçib. Azərbaycan tərəfinin vətəndaşlarımıza konstruktiv və mehriban münasibətini qeyd edirik. Biz buna görə minnətdarıq", - Baş nazirin müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR