Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının avqustun 6-da keçiriləcək iclasında qurumun iflic vəziyyətə düşməsi məsələsini qaldıracağını bildirib.
APA xəbər verir ki, Paşinyan bu barədə jurnalistlər üçün brifinqdə danışıb.
"Əgər müqavilə işləmirsə, deməli, Avrasiya İqtisadi İttifaqı da işləmir. Əgər bizim məsələmiz tezliklə həll olunmasa, əminəm ki, Ermənistan bu problemi aradan qaldıracaq, Avrasiya İqtisadi İttifaqı isə yox", - deyə Ermənistanın baş naziri vurğulayıb.
Qeyd edək ki, Moskva bundan əvvəl dəfələrlə bəyan edib ki, İrəvanın Aİİ-dən əldə etdiyi iqtisadi üstünlükləri qoruyaraq Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi qəbuledilməzdir.