Bank Of Baku

Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun bərpasına başlanılacağını açıqlayıb

Nikol Paşinyan, ​​​​​​​Ermənistan Baş naziri

© APA | Nikol Paşinyan, ​​​​​​​Ermənistan Baş naziri

# 24 may 2026 17:36 (UTC +04:00)

Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq.

APA xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Yaxın zamanda Gümrü–Axurik–Akyaka hissəsinin bərpasına başlayacağıq. Türkiyə tərəfində də işlərə başlanılıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx dəmir yolu qovşağının bərpasına da başlayacağıq”, - deyə Ermənistan Baş naziri qeyd edib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR