Bank Of Baku

Paşinyan: II Qareginin varlığı erməni kilsəsinə dağıdıcı zərər vurur

Ermənistan Baş nazir Nikol Paşinyan, II Qaregin

© APA | Ermənistan Baş nazir Nikol Paşinyan, II Qaregin

# 04 dekabr 2025 13:14 (UTC +04:00)

Erməni Kilsəsinə Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

“Mənim onunla çoxsaylı görüşlərim olub və bu söhbətlərdən təəssüratlar məni inandırır ki, onun müqəddəs Eçmiədzində olması kilsəyə dağıdıcı zərər vurur”, - Paşinyan qeyd edib.

Paşinyan ona tabe olan katolikosun lazım olmadığını, ona “xarici kəşfiyyatın baş leytenantına” tabe olmayan katolikosun lazım olduğunu bildirib.

“Siz kompromatlar barədə danışırsınız. Ktriç Nersisyan və onun qardaşı canlı kompromatlardır. Ktriç Nersisyanın qardaşı KQB agentidir, bundan böyük kompromat istəyirsiniz?”, - Baş nazir vurğulayıb.

Paşinyan bir qrup kilsə rəhbərinin milyonçu olduğu bir vaxtda, sıravi keşişlərin kasıb şəraitdə yaşadığını qeyd edib: “Sizə “çörəkli yerlərə” pastorlanın rüşvət və tanışlıq yolu ilə təyin olunduğu, xoşlamadıqlarını isə heç kimin getmədiyi uzaq yerlərə göndərdikləri reallıq maraqlı deyil”.

Paşinyan bir daha bəyan edib ki, Ktriç Nersisyan getməlidir, onun başqa yolu yoxdur: “Biz sarsıntısız yolla gedəcəyik, amma o, getməlidir, hətta xarici kəşfiyyatın baş leytenantları və general-polkovnikləri də ona kömək edə bilməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR