Bank Of Baku

Peskov Moskvada keçiriləcək Putin-Paşinyan danışıqlarının əsas mövzusunu açıqlayıb

Nikol Paşinyan, Vladimir Putin

© APA | Nikol Paşinyan, Vladimir Putin

# 07 sentyabr 2026 14:40 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, səfərin tarixləri razılaşdırılacaq.

"Putin və Paşinyan Moskvada iki ölkə arasındakı münasibətləri, xüsusən də Ermənistanın Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqına yönəlməsini müzakirə edəcəklər", - Peskov vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, Rusiya və Ermənistan qurumları Bişkekdə Putin və Paşinyan arasında keçirilən vacib görüşdən sonra ticarət məsələləri üzərində işləyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR