Bank Of Baku

Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib

Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
# 17 sentyabr 2026 21:06 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına həsr olunmuş müşavirə keçirilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Müşavirədə “TRIPP Development Company”nin (TDC) hüquqi və müqavilə sənədləri paketi, eləcə də qarşıdakı addımlar müzakirə olunub.

Xüsusilə, şirkətin nizamnaməsinin və səhmdarlar arasında müqavilə layihəsinin hazırlanması istiqamətində görülən işlər təqdim edilib.

Bildirilib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bu formatda müzakirələr davamlı xarakter daşıyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR