Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, Zelenski Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.
Həmçinin regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Sabit və davamlı sülhün təşviq edilməsinin vacibliyi vurğulanıb.