Bank Of Baku

Peskov: Paşinyan Putinlə söhbətdə Aİ-yə üzvlüklə bağlı referendumun tarixini açıqlamayıb

Kremlin sözçüsü Dmitriy Peskov

© APA | Kremlin sözçüsü Dmitriy Peskov

# 28 iyul 2026 14:13 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı mümkün referendumun keçiriləcəyi tarixi açıqlamayıb.

APA xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Dəqiq tarixlər səsləndirilmədi. Bununla belə, belə bir referendumun mümkün qədər tez keçirilməsinin vacibliyi vurğulandı. Bu, çox önəmlidir", – deyə Peskov bildirib.

Qeyd edək ki, Putinlə Paşinyan arasında telefon danışığı iyulun 27-də baş tutub. Tərəflər Ermənistan-Rusiya iqtisadi münasibətlərini, eləcə də Ermənistanın Avropa İttifaqına inteqrasiya perspektivlərini müzakirə ediblər.

Paşinyan bildirib ki, Aİ-yə üzvlüklə bağlı referendum yalnız Ermənistan rəsmi şəkildə üzvlük üçün müraciət etdikdən sonra praktik müstəviyə keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR