Bank Of Baku

Peskov: Rusiya Ukrayna üzrə danışıqlara açıq olaraq qalır

Peskov: Rusiya Ukrayna üzrə danışıqlara açıq olaraq qalır
# 30 avqust 2026 23:08 (UTC +04:00)

“Rusiya Ukrayna məsələsinin nizamlanması üzrə danışıqlar prosesinə açıq olaraq qalır, lakin hələlik onun davam etdirilməsi üçün zəruri ilkin şərtlər yoxdur”.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.

Peskov Vladimir Putinin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukrayna üzrə danışıqlar qruplarının İstanbulda işini davam etdirməsi məsələsini müzakirə edib-etməyəcəyinə dair suala belə cavab verib:

“Biz belə danışıqlara açıq olduğumuzu qoruyub saxlayırıq. Təəssüf ki, hazırda onların davam etdirilməsi üçün zəruri ilkin şərtlərin olduğunu deyə bilmirik. Hələlik belə şərtlər yoxdur”.

Qeyd edək ki, Putin və Ərdoğanın görüşünün sentyabrın 1-də Bişkekdə keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR