Bank Of Baku

Peskov: Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 29 dekabr 2025 14:03 (UTC +04:00)

Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə Ukrayna hərbi əməliyyatlara son qoymaq üçün qoşunlarını Donbasdan çıxarmalıdır.

Ukrayna qoşunlarının çıxarılması tələbinin Zaporojye və Xerson vilayətlərinə də aid olub-olmadığı ilə bağlı suala cavab olaraq Putinin sözçüsü qeyd edib ki, Moskva sülh planının konkret müddəalarını müzakirə etməyi planlaşdırmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR