Avropa xalqları liderlərinin ölkələrini Rusiya ilə müharibəyə sövq etdiyini anlayırlar.
APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, “Almaniya üçün Alternativ” partiyasının Almaniyada keçirilən seçkilərdə əldə etdiyi nəticələr də bununla izah olunur.
Putin vurğulayıb ki, Rusiya Avropa ölkələrini təhdid etmir və bunu etməyə hazırlaşmır.
“Rusiyanın Avropanı təhdid etməsi üçün heç bir əsas yoxdur”, – Rusiya Prezidenti qeyd edib.
Putin eyni zamanda xəbərdarlıq edib ki, Avropa ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi Rusiya ilə müharibə demək olacaq.
Rusiya Prezidenti Ukraynada baş verən mövcud hadisələrə görə Qərb elitalarını günahlandırıb.