Bank Of Baku

Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

© APA | Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

# 01 sentyabr 2026 14:02 (UTC +04:00)

BMT dünya nizamında mərkəzi rolunu gələcəkdə də saxlamalıdır.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

O bildirib ki, BMT səkkiz onillik ərzində dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platforma rolunu oynayıb.

Rusiya Prezidenti qeyd edib ki, BMT-nin mövcud potensialı hələ tam reallaşdırılmayıb: “Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması, onun orqanlarında, o cümlədən Təhlükəsizlik Şurasında Qlobal Cənub və Şərq ölkələrinin təmsilçiliyinin genişləndirilməsi üçün səylər göstərilməlidir. BMT dəyişən reallıqlara və qlobal siyasətlə iqtisadiyyatda baş verən fundamental dəyişikliklərə uyğunlaşdırılmalıdır”.

Vladimir Putin vurğulayıb ki, BMT hər hansı bir ölkənin və ya dövlətlər qrupunun maraqlarını irəli sürən təşkilata çevrilməməlidir.

“BMT maraqların uzlaşdırılması üçün əsas mexanizm funksiyasını saxlamalıdır. Dünyada bu cür başqa mexanizm mövcud deyil. BMT Nizamnaməsi bundan sonra da beynəlxalq hüququn əsas mənbəyi olaraq qalmalıdır”, – Rusiya Prezidenti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR