Bank Of Baku

Putin doğum səviyyəsini Rusiya üçün ən vacib problemlərdən biri adlandırıb

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 03 sentyabr 2026 11:37 (UTC +04:00)

Ukraynadakı “xüsusi hərbi əməliyyat” Rusiyanın demoqrafik vəziyyətində müəyyənedici amil deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda deyib.

Onun sözlərinə görə, doğum səviyyəsi hazırda Rusiya üçün əsas problemlərdən biridir.

Rusiya Prezidenti qeyd edib ki, bu məsələ üzərində iş aparılacaq.

Bununla belə, Rusiya Prezidenti ölkəsinin Uzaq Şərq regionunda demoqrafik vəziyyətin Yaponiya və Cənubi Koreya kimi ölkələrdən daha yaxşı olduğunu vurğulayıb.

Putinin fikrincə, Cənubi Koreya və Yaponiya hərbi əməliyyatlar aparmır, lakin onlarda doğum səviyyəsi azalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR