Bank Of Baku

Putin Kim Çen Ina "Aurus" avtomobili hədiyyə edib - YENİLƏNİB

Putin Kim Çen Ina "Aurus" avtomobili hədiyyə edib - YENİLƏNİB
# 20 fevral 2024 10:45 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Kim Çen Ina "Aurus" avtomobili hədiyyə edib.

APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

***

04:36

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Marka və model göstərilməyib.

KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR