Bank Of Baku

Putin KTMT qüvvələrinin Rusiya silahları ilə təchizinə dair proqrama başlamağı təklif edib

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 27 noyabr 2025 11:41 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrini döyüşdə effektivliyini sübut etmiş Rusiya silahları ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin Bişkekdə keçirilən KTMT sammitində çıxışında bildirib.

O, Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb.

Putin deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR