Bank Of Baku

Putin Lavrova yeni müavin təyin edib

Aleksandr Alimov

© APA | Aleksandr Alimov

# 09 dekabr 2025 14:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Alimovu xarici işlər nazirinin müavini təyin edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Putinin müvafiq fərmanı hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.

Qeyd edək ki, Aleksandr Alimov 2022-ci ildən bəri Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələri şöbəsinə rəhbərlik edib. Bundan əvvəl, o, Rusiyanın BMT-nin və Cenevrədəki digər beynəlxalq təşkilatların daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2012-ci ildən etibarən Nyu-Yorkdakı Rusiyanın BMT-dəki daimi missiyasının baş müşaviri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR