Bank Of Baku

Putin Netanyahudan sonra Pezeşkianla danışıb, regionda gərginliyin azaldılmasını müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin

© APA | İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin

# 16 yanvar 2026 14:07 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR