Bank Of Baku

Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib

Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib
# 12 mart 2026 20:32 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Aleksandr Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə prezidentin fərmanı bu gün dərc olunub.

Putinin digər fərmanı ilə həmin vəzifəyə Andrey Kurnosenko təyin edilib.

Qorovoyun daxili işlər orqanlarında yuxarı yaş həddi ilə əlaqədar istefaya göndərildiyi bildirilib.

General-polkovnik Aleksandr Qorovoy Rusiya DİN-də miqrasiya ilə bağlı məsələləri kurasiya edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR