Paşha Bank
Bank Of Baku

Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır

Rusiya prezidenti Vladimir Putin

© APA | Rusiya prezidenti Vladimir Putin

# 25 sentyabr 2026 21:48 (UTC +04:00)

Rusiya Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmır və bunun üçün heç bir əsas yoxdur.

"İnterfax" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Bir daha vurğulamaq istəyirəm: biz Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmırıq. Belə planlarımız yoxdur. Ən əsası isə Avropa ilə vəziyyətin gərginləşdirilməsi üçün heç bir real səbəb və motivimiz yoxdur”, – Putin deyib.

Rusiya Prezidenti Avropa ölkələrində mümkün Rusiya hücumu ilə bağlı səsləndirilən fikirləri “vəziyyətin məqsədyönlü şəkildə şişirdilməsi və təxribat” kimi qiymətləndirib.

Putinin sözlərinə görə, Avropada bir çoxları Rusiyanın mümkün hücumundan danışır və bunu hərbi hazırlıqların zəruriliyi ilə əsaslandırırlar.

O, həmçinin iddia edib ki, Avropadakı müəyyən siyasi dairələr Ukraynadan Rusiyaya qarşı mübarizə vasitəsi kimi istifadə etmək, bununla da Rusiyanın inkişafını məhdudlaşdırmaq istəyirlər. Putin hesab edir ki, Avropa ölkələrində hərbi xərclərin artırılmasını əsaslandırmaq üçün vətəndaşlara Rusiyanın mümkün hücumu ilə bağlı arqumentlər təqdim olunur.

Putinin açıqlaması Avropada Rusiyadan qaynaqlanan təhlükələrlə bağlı müzakirələrin gücləndiyi vaxta təsadüf edir. Avropa rəsmiləri son günlər Rusiyanı sabotaj, kiberhücumlar və digər hibrid fəaliyyətləri intensivləşdirməkdə ittiham ediblər. Moskva isə bu ittihamları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR