Bank Of Baku

Putin rusiyalıların MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu imzalayıb

Rusiya prezidenti Vladimir Putin

© APA | Rusiya prezidenti Vladimir Putin

# 03 noyabr 2026 14:49 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin məhkəmə icraçılarına rusiyalıların MDB ölkələrində işi, hesabları və gəlirləri haqqında məlumat toplamağa icazə verib.

APA-nın Moskva bürosu xəbər verir ki, Putin Rusiya məhkəmə icraçıları xidmətinə digər ölkələrin məhkəmə icraçılarından rusiyalılar barədə məlumat sorğulamağa imkan verən sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Qeyd edək ki, saziş Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Belarus, Özbəkistan və Qazaxıstan tərəfindən 2025-ci ilin mayında imzalanıb.
Sazişə iş, əmlak, hesablar, nəqliyyat vasitələri, şirkətlərdəki səhmlər və digər aktivlər haqqında məlumatlar aiddir.

Bununla belə, Belarus rusiyalıların banklarındakı məbləğlərini və adlarını açıqlamadan yalnız hesabların mövcudluğu faktını bildirməyə razılaşıb, Özbəkistan qeyri-məhkəmə orqanlarının və notariusların qərarları əsasında edilən sorğulara cavab verməyəcəyini, Qazaxıstan isə bank məlumatlarının ötürülməsini öz qanunlarının normaları ilə məhdudlaşdırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR