Rusiya prezidenti Vladimir Putin Rusiyanın 2026-2030-cu illər üçün dövlət miqrasiya siyasəti konsepsiyasını təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, konsepsiyaya əsasən, Rusiya Federasiyasının miqrasiya siyasəti qeyri-qanuni miqrantların və cinayətlərin sayının azalması ilə nəticələnməlidir.
"Rusiyaya daha çox ənənəvi dəyərləri paylaşan əcnəbi gəlməlidir. Döyüşlər səbəbindən evlərini tərk edən Donbas və Novorossiya sakinlərini cəlb etmək üçün şərait yaradılmalıdır. Rusiyada qeyri-qanuni miqrantların, eləcə də əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı azaldılmalıdır. Etnik anklavların formalaşmasının və miqrantların marginallaşmasının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək. Oxumayan və ya işləməyən miqrantların qohumlarının ölkədə qalmaları məhdudlaşdırılacaq.
Miqrasiyaya nəzarət etmək üçün biometriya geniş şəkildə tətbiq olunacaq. Miqrantları işəgötürənlər daha məsuliyyətli olmalıdırlar. Yaxın 5 ildə xaricdən gələn işçilərə ehtiyac olduğundan miqrantların sayının artacağı gözlənilir", - konsepsiyada qeyd olunub.