ABŞ Prezidenti Donald Tramp İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirak edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlər sabitləşib.