Bank Of Baku

Putin Uitkoffla Uşakovun danışığının dinlənilməsinə münasibət bildirib: Bunu sızdırmaq cinayətdir

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

© APA | Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

# 27 noyabr 2025 17:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla köməkçisi Yuri Uşakovun telefon danışığının dinlənilməsinə münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin telefon danışıqlarının sızdırılmasının cinayət olduğunu qeyd edib.

“Ümumiyyətlə, dinləmək olmaz, telefon danışıqlarını sızdırmaq cinayətdir”, - Rusiya Prezidenti vurğulayıb.

Putin xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz danışıqlar səbəbindən vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

Putin bu xəbərləri cəfəngiyat adlandırıb.

O diqqətə çatdırıb ki, Lavrov amerikalı tərəfdaşları ilə görüşə hazırlaşır.

Qeyd edək ki, Uitkoffla Uşakovun telefon danışığının mətnini dərc edən “Bloomberg“ nəşri bu informasiyaya necə nail olduğu barədə məlumat verməyib. Digər media orqanları dərc olunan mətni təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR