Bank Of Baku

Putin Ukraynanın NATO-ya üzvlüyünü Uitkoffla müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

© APA | Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

# 03 dekabr 2025 17:40 (UTC +04:00)

Putin Ukraynanın NATO-ya daxil olmasını ABŞ nümayəndələri ilə müzakirə edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Kremldə keçirilən görüşdə Putinin Uitkoffla Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə etdiklərini söyləyib.

Kreml rəsmisi qeyd edib ki, tərəflər detalları açıqlamamaq barədə razılığa gəliblər.

Uşakovun sözlərinə görə, Kremldəki danışıqların gedişatı və xarakteri, şübhəsiz ki, son həftələrin uğurlarından təsirlənib.


"Rusiya ordusunun döyüş meydanındakı son qələbələri Qərbin Ukrayna münaqişəsinin həlli ilə bağlı qiymətləndirməsinə təsir edib. Kreml ümid edir ki, Rusiya ordusunun uğurları sayəsində Avropa və Kiyev "baş verənlərə daha adekvat münasibət və qavrayış" nümayiş etdirəcəklər".

Putinin köməkçisi ABŞ-ın uzunmüddətli həll yoluna nail olmağa sadiq olduğunu vurğulayıb və Rusiyanın təkliflərini nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR