Bank Of Baku

Putin və Orban arasında telefon danışığı olub

Viktor Orban, Vladimir Putin

© APA | Viktor Orban, Vladimir Putin

# 17 oktyabr 2025 14:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Kremlin tezliklə Macarıstanın Baş naziri Orbanla telefon danışığı barədə məlumat yayacağını söyləyib. "Cənab Orban özü də Putinlə danışmaq niyyətində olduğunu qeyd edib. Bu telefon danışığı baş tutub", Putinin sözçüsü qeyd edib.

Kremlin məlumatına görə, Putin telefon danışığında Orbana Trampla söhbətinin əsas məzmunu barədə məlumat verib.

Macarıstanın baş naziri Budapeştdə mümkün Rusiya-Amerika sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Putin qeyd edib ki, ABŞ nümayəndələri ilə Ukraynadakı vəziyyətin həlli üçün gələcək addımları müzakirə etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR