Bank Of Baku

Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib

Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
# 29 iyun 2026 00:09 (UTC +04:00)

“Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskinin Belarusa qarşı təhdidlərini ölkə başçısı Aleksandr Lukaşenko ilə ətraflı müzakirə etməyib”.

APA-nın Moskva bürosu xəbər verir ki, Putin bu barədə "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zelenskinin təhdidləri prezident Lukaşenkoda heç bir panikaya səbəb olmur.

Rusiya prezidenti Lukaşenko ilə Valdayda keçirilən görüşü və Zelenskinin Belarusu təhdid etməsinin müzakirə edib-etməmələri barədə danışıb. Bildirib ki, danışıqlar barədə qiymətləndirmələri Belarus prezidenti etməlidir.

"Biz bu məsələni ətraflı müzakirə etməmişik. Əlbəttə ki, sərt sözlər deyiləndə narahatlıq yaranır. Amma bu, prezident Lukaşenko tərəfindən heç bir panikaya səbəb olmur. O, buna çox sakit, balanslı və ölçülü yanaşır. Aleksandr Qriqoryeviçin bu sahədə göstərdiyi səylərə görə ona minnətdarıq. Buna xüsusilə humanitar məsələlərin həlli və hərbi əsirlərin mübadiləsi üçün aiddir", - Putin deyib.

Putin Ukrayna ilə danışıqların 2022-ci ildə Minskdə başladığını xatırladaraq sözlərinə belə davam edib:

“Daha sonra Ukrayna tərəfinin təklifi ilə biz İstanbula keçdik. Lakin Kiyev və Donetsk arasında münasibətləri tənzimləmək üçün Minskdə razılaşmalar imzalandı.

Təəssüf ki, indi bunu dəqiq bilirik: nə Ukrayna tərəfi, nə də Qərb bu razılaşmaları həyata keçirmək niyyətində deyildi. Bu, başqa məsələdir. Əhəmiyyətli olan odur ki, Belarus bizə həmişə öz ərazisini, danışıqlar üçün platformasını təqdim edib. Əminəm ki, iş nə vaxtsa danışıqlara gedib çıxsa, biz Belarusun imkanlarından istifadə edə bilərik. Aleksandr Qriqoryeviçin mövqeyini bilərək, deyə bilərəm ki, o, mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş hər şeyi tam dəstəkləməyə hazırdır".

Putin daha sonra Lukaşenko ilə danışıqlarının bir sutkadan çox çəkdiyini söyləyib.

"Biz onunla qeyri-rəsmi şəraitdə bir gün, hətta bir az daha uzun müddət danışdıq. Təkcə ikimiz yox, üçümüz. Mən Baş nazir Mixail Vladimiroviç Mişustini də dəvət etdim. Əlbəttə ki, biz əsasən iqtisadi məsələləri, müxtəlif sahələrdə - enerji, sənaye və digər sahələrdə əməkdaşlığı müzakirə etdik", - Putin əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR