Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının tam bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.
APA-nın Moskva bürosunun məlumatına görə, Putin Zelenskinin bu bəyanatını “dövlət terrorizmi” adlandırıb.
Rusiya Prezidenti qeyd edib ki, Ukrayna tərəfi eyni zamanda görüşlərin keçirilməsini və danışıqların aparılmasını istəyir.
“Terrorçularla danışıqlar aparılmır”, – deyə Putin bildirib.
Putin bildirib ki, Rusiya Kiyev hakimiyyətinə zərbə endirmir:
"Bizə hansısa danışıqçılar lazımdır" deyə düşünürük. Əgər hava hücumu təhdidləri həyata keçirilərsə, biz cavab vermək üçün vasitələr tapacağıq".