Bank Of Baku

Putinin sözçüsü: Ankarada keçirilən NATO sammiti Kremldə böyük maraq doğurur

Kremlin sözçüsü Dmitri Peskov

© APA | Kremlin sözçüsü Dmitri Peskov

# 07 iyul 2026 14:16 (UTC +04:00)

NATO sammiti Kremldə böyük maraq doğurur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, rəsmi Moskvanın sammitə hazırlıq kontekstində Ankaradan gələn bütün xəbərləri və məlumatları izləyəcəyini söyləyib.

"Ölkəmizlə bağlı bir çox açıqlamalar eşitmişik. Təəssüf ki, bu açıqlamalar konstruktiv əməkdaşlıq və dialoq haqqında deyil, qarşıdurma xarakterli idi. Görəcəyik. Bütün bunlar hansı sənədlərə çevriləcək, hansı açıqlamalar veriləcək, hansı sənədlər imzalanacaq, sammit çərçivəsində ikitərəfli görüşlərdə nələr deyiləcək", - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR