Bank Of Baku

Putinin xüsusi nümayəndəsi "könüllülər koalisiyası"nın görüşündən bir gün sonra Parisdə görülüb

Kirill Dmitriyev

© APA | Kirill Dmitriyev

# 08 yanvar 2026 19:06 (UTC +04:00)

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna, ABŞ və Aİ ölkələrindən olan nümayəndə heyətləri arasında görüşlərdən bir gün sonra Fransa paytaxtında görülüb.

APA-nın Rusiya bürosu "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 7 yanvarda Rusiya prezidentinin xüsusi nümayəndəsi Yelisey Sarayının yaxınlığında yerləşən ABŞ səfirliyini ziyarət edib.

Qeyd edək ki, yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın görüşü olub. Görüşdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR