Bank Of Baku

Putinlə əl-Şaraanın görüşündə Rusiya liderinin Suriyaya səfəri müzakirə olunmayıb

Putinlə əl-Şaraanın görüşündə Rusiya liderinin Suriyaya səfəri müzakirə olunmayıb
# 16 oktyabr 2025 13:53 (UTC +04:00)

Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşündə Putinin Suriyaya mümkün səfəri müzakirə olunmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin Suriya lideri ilə danışıqlarının gündəmində Rusiya hərbi bazaları mövzusu olub.

Peskov Suriya ilə hərbi bazaların taleyi ilə bağlı razılığın əldə edilib-edilmədiyi və Şaraanın Əsədin ekstradisiyasını tələb edib-etmədiyi ilə bağlı suala belə cavab verib: "Bazalar məsələsi gündəmdə olub. Bu kontekstdə Əsədlə bağlı deyəcək bir şeyimiz yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR