Bank Of Baku

Putinlə Tramp arasında telefon danışığı olub

Putinlə Tramp arasında telefon danışığı olub
# 29 aprel 2026 21:23 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox davam edib.

Uşakov bildirib ki, Putin Trampa 9 May Paradı üçün atəşkəs elan etməyə hazır olduğunu söyləyib. O, Trampın bunu dəstəklədiyini deyib.

Kreml rəsmisi Putinin sui-qəsd cəhdi ilə bağlı Trampa dəstək ifadə etdiyini və cinayəti qəti şəkildə pislədiyini vurğulayıb.

Uşakovun sözlərinə görə, Tramp Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya artıq yaxın olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR