Bank Of Baku

Qaluzin: “Ermənistan XİN və MN vasitəsilə Rusiya ilə təmaslardan yayınmağa başlayıb”

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

© APA | Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

# 05 iyun 2024 04:56 (UTC +04:00)

İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onu sözlərinə görə, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir.

“2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb”, - Qaluzin vurğulayıb.

XİN başçısının müavini əlavə edib ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR