Bank Of Baku

Qaluzin Ermənistanın KTMT-də səsvermə hüququ məsələsinin nə vaxt nəzərdən keçiriləcəyini açıqlayıb

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin

© APA | Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin

# 11 avqust 2026 10:11 (UTC +04:00)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək KTMT sammitində müzakirə oluna bilər.

APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, təşkilat üzvlərindən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar qəbul etmək KTMT Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Qaluzin bu məsələdə təşkilatın nizamnaməsinin, o cümlədən 20 və 25-ci maddələrinin tətbiq oluna biləcəyini deyib.

Qaluzin Ermənistanın KTMT-nin fəaliyyətində iştirakdan imtina etməsinin və təşkilatın büdcəsi ilə bağlı illik qərarları imzalamamasının ölkəni üzvlük öhdəliklərindən azad etmədiyini bildirib.

“İrəvanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və onun büdcəsi ilə bağlı illik qərarları imzalamaması yalnız ona məxsus hüquqdan istifadə etməməsi deməkdir. Lakin bu, Ermənistanın milli üzvlük haqqını vaxtında ödəmək öhdəliyini aradan qaldırmır”, – Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu açıqlayıb. İrəvan təşkilatın Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR