Bank Of Baku

Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

© APA | Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

# 15 noyabr 2025 09:38 (UTC +04:00)

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Prezidentlər ticarət, sənaye kooperasiyası, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, eləcə də mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR