Paşha Bank
Bank Of Baku

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb
# 02 noyabr 2026 18:59 (UTC +04:00)

Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.

Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR